İmişlidə qəza: bir ailədən 3 nəfər yaralandı

İmişlidə qəza: bir ailədən 3 nəfər yaralandı
13:57 12 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə idarəetməni itirən sürücü və iki ailə üzvü yaralanıblar.

İmişli rayonunda  3 nəfərin xəsarət  alması ilə  nəticələnən yol  qəzası baş verib. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə səhər  saatlarında  Hacıqabul-Horadiz avtomobil  yolunun 101-ci kilometrliyində,  Bəhrəmtəpə  qəsəbəsi ərazisində  qeydə alınıb. 

Ağcabədi rayon  sakini,  1958-ci il  təvəllüdlü Yelmar Məmişov sükan  arxasında olduğu “Mercedes”lə hərəktədə olarkən dairəvi yol ayrıcında idarəetməni  itirib. Avtomobil öncə dairəyə  çırpılıb, sonra  yoldan  çıxaraq  kənara  düşüb. Qəza  zamanı  sürücü  və onun avtomobildə  olan ailə üzvləri, 1962-ci il təvəllüdlü Zəhra Məmişova  və 1985-vi il təvəllüdlü  Münasib Məmişov  xəsarət alıblar.  Yaralılar İmişli Rayon Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Stansiyasına gətiriliblər. Onların vəziyyətinin  qənaətbəxş  olduğu bildirilir.

Faktla  bağlı  araşdırma  aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR