Ucar sakini bıçaqlanaraq öldürülüb

Ucar sakini bıçaqlanaraq öldürülüb.

Metbuat.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Pirkənd kəndi ərazisində qeydə alınıb.

Ucar rayonunun Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Fariz İbrahimxəlil oğlu Qədirov aralarında yaranmış şəxsi münaqişə zəminində rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Rahil Ətraf oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Abdullayev əməliyyat olunarkən xəstəxanada ölüb.

Hadisəni törədən F. Qədirov tutularaq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR