Goranboyda iki avtomobil toqquşub

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Metbuat.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndinə gedən yolda baş verib. Rayon xəstəxanasının stomatoloq həkimi, 1985-ci il təvəllüdlü Musayev Orxan Əli oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən başqa bir “VAZ” markalı avtomobil onun maşınına çırpılıb.

Qəza zamanı “Lada Priora” yolun kənarında olan işıq dirəyinə çırpılıb. Nəticədə sürücü O. Musayev və Naftalan təcili tibbi yardım stansiyasının işçisi 1984-cü il təvəllüdlü Balacayev Həsən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Günün qoroskopu - Nəticə əldə etməyə çalışın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR