“Təmiz Şəhər” ötən zavodlara 26 maarifləndirici tur təşkil edib - FOTO

“Təmiz Şəhər” ötən zavodlara 26 maarifləndirici tur təşkil edib - FOTO
14:07 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 14:01 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. 2014-cü ildə “Təmiz Şəhər” ASC əhalini məlumatlandırmaq məqsədi ilə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib.

 

ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, turlar zamanı ümumilikdə 800-ə yaxın qonaq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna olub.

 

Məlumatlandırıcı səfərlərdə universitetlərin müəllim və tələbə kollektivləri, Qeyri Hökumət Təşkilatları nümayəndələri, media işçiləri və tullantıların çeşidlənməsi ilə maraqlanan digər şəxslər iştirak edib. “Təmiz Şəhər” ASC-in mütəxəssisləri qonaqlara zavodların fəaliyyəti barədə ətraflı məlumatlar verib, onlara informativ videolar və çap materialları göstərilib. İştirakçılara zavodların işi əyani olaraq nümayiş etdirilib.

 

“Təmiz Şəhər” ASC bu il də ekologiya və tullantıların idarəedilməsi sahəsində maraqlı şəxsləri və qrumları öz müəssisələrinə dəvət edir. ASC ictimaiyyəti maarifləndirmək məqsədi ilə məlumatlandırıcı turlar təşkil edəcək. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR