Qoç - günün ilk yarısından etibarən əhvalınızı
korlayacaq məqamların təsirini artırmayın. Məişət problemləri ciddi
narahatlıq yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin
yüksəlməsinə imkan verməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin
ayırd edilməsinə, münaqişəyə sövq etməyin. Qarşıdurma mənbəyinə
çevrilməyin. Davadan uzaq durun.
Mənfi hisslər, aqressiv davranış əhvalınıza çox pis təsir
edəcək.
Axşam saatlarında qan təzyiqinin düşməsi, başağrısı istisna
deyil.
Buğa - peşəkar fəaliyyət müstəvisindəki
məsələləri şəxsi münasibətlərə inikas etdirməyin. Əvvəlki
əlaqələrin bərpası, köhnə təmasların yenidən gündəmə gətirilməsi
zamanıdır. Yeni tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında hisslərinizdə səmimi olun. Planlaşdırılmamış
hadisə, nəzərdə tutulmamış olay istisna deyil. Fors-majorun
fəsadlarını daha da ağırlaşdırmayın.
Təmaslarda fikrinizi açıq bildirsəniz, uğurlara nail
olacaqsınız.
Əkizlər - maddi məsələlərə xüsusi diqqət
yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi
əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini
dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera
perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək
olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza
yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - özünüzü pis hiss etməyəcəksiniz.
Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün
dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri
dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş
etdirin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar.
Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq
yarada biləcək suallara zəmin yaratmayın.
Şir - yaşananlara daha sadə baxın. Səbəbsiz
yerə sinirlənməyin və özünüzü dalandakı insan kimi hiss etməyin.
Heç nəyi çətinləşdirməyin.
Yaxın ətrafınızdakı insanlardan birinin hiyləgərliyinin səbəblərini
araşdırın. Problem böyüməmiş müşkülü həll edin.
Günün ikinci yarısında borcu qaytarın. Kredit ödənişini
gecikdirməyin. Ailə üzvlərini tənqid etmək fikrindən uzaq olun.
Münaqişə yaratmayın. Səmimi davranış ailədə sülhü qorumağın əsas
şərtidir.
Qız - günün ilk yarısında yaxın perspektivə
yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın,
enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik
etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə
yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.
Tərəzi - rəqiblərinizi üstələmək üçün gərəkli
bütün metodlardan və vasitələrdən istifadə edin. Bədxahların
məkrini, intriqalarını faş edin. Əks təqdirdə irəliləmək əvəzinə
geriləyəcəksiniz. Populyar və məşhur olmaq istəyirsinizsə, yalnız
bacarığınıza, zəhmətinizə güvənin.
Günün ikinci yarısında ürəkaçan şəraitdir. Çoxdan reallaşdırmağa
çalışdığınız işə başlamaq üçün münasib zamandır.
Ailənizin azyaşlı üzvlərinə xüsusi diqqət ayırın. Onların sevinci
sizi də şadlandıracaq. Axşam saatları romantik görüşlər üçün o
qədər də əlverişli deyil. Açıq-saçıq geyimli insandan uzaq
durun.
Əqrəb - adət etdiyiniz metodlara, vərdiş
etdiyiniz sxemlərə çox güvənməyin. Vəziyyət spontan, ani həllər
tələb edir. Çevik olun.
Nagahani olayın öhdəsindən gəlmək üçün dostlardan və ya tanışlardan
birinin yardımlarına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında nikbin olun. Ani çətinliklər sizi ruhdan
salmasın.
Təcrübənizdən və bilgilərinizdən yararlanmaq üçün əla şanslar
yaranıb.
Axşam saatlarında arzulara qapılmayın. Bədxərclik etməyin.
Oxatan - kiçik risk və eksperimentlərdən
qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki
planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı
tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın.
Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər.
Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.
Oğlaq - cari hadisələrin axarını izləyin. İşdə
və evdəki hadisələrdə katalizator rolunu oynamayın. Tərəfdaşlarla,
şəriklərlə təmaslarda maraqlarınızı tam qoruyun. Həmfikirlərin
sayını artırsanız, pis olmaz. Yaxın ətrafınızdakı insanlardan
birinin yardımlarına zərurət yaranıb.
Günün ikinci yarısında ünsiyyət çevrənizdəki fiqurlar arasında sizə
qarşı məkrli planları həyata keçirmək istəyənlər var. Romantik
hisslər, gözləntilər və ümidlər sınağa çəkiləcək. Yeni böhranın
yaranmasına imkan verməyin.
Tərəfdaşla münasibətləri təftiş etməyin.
Dolça - yetərincə harmonik gündür. Peşəkar
fəaliyyətinizlə bağlı cari məsələlərin həllində aktiv olun. Yeni
işgüzar layihələrə başlamaq olar. Çalışdığınız kollektivdə diqqətli
olun.
Günün ikinci yarısında sərrast davranın, yaxın ətrafınızdakı
insanların mövqelərini nəzərə alın. Komanda ruhunun yaranmasına səy
göstərin.
Dəyər verdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan
verməyin. Xudpəsəndlik etməyin.
Balıqlar - günün ilk yarısından etibarən
komfort situasiya yaranacaq. Qüvvənizə, potensialınıza şübhə
etməyin. Təvazökar olun, qətiyyətlə davranın. Bütün bu amillər
diqqəti əsas məsələyə yönəltməyə imkan verəcək.
Günün ikinci yarısında məqsədlərlə hədəfləri aktuallaşdırın və
təhlil edin. İntensiv əmək fəaliyyətində zəruri fasilələr
olmalıdır. Bir qədər istirahətə vaxt tapın.
Uzun müddətdən əvvəl məzuniyyətdə olmayıbsınızsa, yaxınlarınızdan
birinin təklifini qəbul edin. Axşam saatlarında normal istirahət
edin.
Milli.Az