Şəkidə BƏDBƏXT HADİSƏ: 22 yaşlı gəncin dalağı partladı

Şəkidə BƏDBƏXT HADİSƏ: 22 yaşlı gəncin dalağı partladı
06:08 19 İyun 2018
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Rayonun Baltalı kənd sakini 1996-cı il təvəllüdlü Nurlan Rəsul oğlu Rəhimov qarnının qapalı küt travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Nurlan Rəhimov kəndin inzibati ərazisindəki otlaq sahəsində atdan yıxılaraq ağır xəsarət alıb. Müayinə zamanı Nurlan Rəhimovun dalağının partladığı məlum olub. Nurlan Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Nurlan Rəhimovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/244741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR