Bakıda sürücü avtomobilindən düşərndə bıçaqlandı

Bakıda sürücü avtomobilindən düşərndə bıçaqlandı
08:17 19 İyun 2018
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda orta yaşlı kişi tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Atatürk prospektində baş verib.

Ayna Sultanova adına parkın yaxınlığında ailəsi ilə birgə avtomobilindən enən 1987-ci il təvəllüdlü Atakişiyev Elvin Məhərrəm oğluna 2 nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri qəfil E.Atakişiyevə 4 bıçaq zərbəsi vurub.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

Qeyd edək ki, E.Atakişiyev bu gün həyat yoldaşı ilə birlikdə Rusiyadan Bakıya gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/660783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR