Azərbaycanda “Ford” alışdı, sürücü içində köməksiz vəziyyətdə qaldı

Azərbaycanda “Ford” alışdı, sürücü içində köməksiz vəziyyətdə qaldı
09:27 19 İyun 2018
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ev, Goranboyda "Ford" markalı avtomobil yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² və ev əşyaları, digər otağın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində "Ford" markalı avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Yanğın zamanı avtomobildə  köməksiz vəziyyətdə qalmış 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/660804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR