Bakıda yanan obyekt kimindir?

Bakıda yanan obyekt kimindir?
11:42 19 İyun 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə güclü yanğın baş verib.

Milli.Az xəbər verir ki, faktor.az-a verilən məlumata görə yanan mağaza Roman və Sadiq adlı iş adamlarına məxsusdur. Səhər yeni mal gətirilən mağaza anidən yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Verilən məlumata görə, hadisə yerinə gələn FHN əməkdaşları güclü yanğını söndürmək üçün əlavə su ehtiyacını ətraf binalardan ödəyiblər.

Yanğın söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/660826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR