Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək
11:43 19 İyun 2018
39 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil ediləcək.

Tədbirdə Azərbaycanın dövlət orqanları, o cümlədən nazirlik, komitə, şirkət və digər qurumları, ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklər, BMT qurumları, beynəlxalq və yerli humanitar təşkilatlar, həmçinin qaçqın və məcburi köçkün icmaları təmsil olunacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin "Qaçqınların statusu haqqında" 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/244758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR