Müdafiə Nazirliyinə təlimat verildi: Kosmos ordusu QURULUR

Müdafiə Nazirliyinə təlimat verildi: Kosmos ordusu QURULUR
11:48 19 İyun 2018
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ ordusunun 6-cı qolu olan “Kosmos Qüvvələri” ordusunu quracaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evdə keçirilən Milli Kosmos Konfranslnda Amerika ordusu haqqında yenilikləri açıqlayan prezident “Kosmos Qüvvələri”nin yaradılması üçün Müdafiə Nazirliyinə (Pentaqon) təlimat verdiyini deyib.

ABŞ-ın sadəcə Yer kürəsində deyil, kosmosda da gücün göstərə biləcəyini dilə gətirən Tramp Amerikanın özünü müdafiə edərkən kosmosda da hərəkətdə olmasının vacibliyini vurğulayıb.

Çıxışından sonra “Kosmos Qüvvələri”nin yaradılmasını ehtiva edən sənədi imzalayan ABŞ prezidenti kosmosdakı tullantılarla maraqlanan birliklərə səlahiyyət verən daha bir sənədə imza atıb.

İlk dəfə mart ayında mövzu ilə bağlı danışan Tramp Rusiya və Çin kimi ABŞ-ın da ordu daxilində ayrıca bir kosmos qüvvəsi yaratması lazım olduğunu demişdi.

Qeyd edək ki, Amerika ordusu Quru Qüvvələri, Dəniz Piyadaları, Dəniz Qüvvələri, Hava Qüvvələri və Sahil Təhlükəsizliyi komandirliklərindən ibarətdir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/244757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR