Azərbaycan-İsrail münasibətləri bundan sonra da inkişaf edəcək

Azərbaycan-İsrail münasibətləri bundan sonra da inkişaf edəcək
13:05 19 İyun 2018
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla İsrail arasında münasibətlər bundan sonra da inkişaf edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İsrailin Tirat Karmel şəhərinin Şəhər Şurasının deputatı, Bakıda doğulub böyümüş Aviran Mişiev deyib.

A.Mişiev öz kökləri ilə qürur duyduğunu vurğulayıb: "Bizim dəyərlərimiz eynidir: şəffaflıq, demokratiya, multikulturalizm, tolerantlıq. Biz bu dəyərlərə söykənərək həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətləri daha da yaxınlaşdıra bilərik".

Deputat qeyd edib ki, Tirat Karmelin Azərbaycandan gəlmiş sakinləri yerli sakinlərə Azərbaycan haqqında məlumatlar verir:

"Artıq İsraildə başa düşürlər ki, Avropa ölkələri ilə rəqabət apara biləcək daha bir kurort ölkəsi mövcuddur. Yerli sakinlər getdikcə Azərbaycana daha çox turistik maraq göstərir, turist səfərləri sifariş edirlər. Bakı gələcəyin şəhəridir və onu nahaq yerə "Avropanın Dubayı" adlandırmırlar. Hakimiyyətdə istedadlı və uzaqgörən siyasətçilər yer alır və onlar Bakını gözəl və texnoloji cəhətdən zəngin şəhərə çevirirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/660851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR