Messi, yoxsa Ronaldo? - Ərdoğan onu tərifləməkdən doymadı - VİDEO

Messi, yoxsa Ronaldo? - Ərdoğan onu tərifləməkdən doymadı - VİDEO
13:08 19 İyun 2018
149 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Rusiyada keçirilən Dünya Çempionatı barədə fikirlərini bildirib.

Publika.az xəbər verir ki, prezident mundialın gözlədiyi kimi başlamadığını deyib.

Ərdoğan favrotinin Almaniya olduğunu, lakin almanların onu yanıltdığını qeyd edib:

"Əvvəlcə favoritimin Almaniya olduğunu demişdim, amma yanıldım. Almaniya ilk matçda uduzdu, vəziyyət bir az çətinləşdi. Güclü komandalar məğlub olur. Almaniya uduzdu, Braziliya xal itirdi. Meksika əla başladı. Bundan sonra belə davam edib-etməyəcəyini bilmirəm".

Jurnalistlər Ərdoğandan Portuqaliyanın ulduzu Kriştiano Ronaldo və Argentina millisinin kapitanı Lionel Messini müqayisə etməsini istəyib. O isə spaniya ilə matçda het-trikə imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu tərifləyib:

“Portuqaliya bərabərə qalsa da, mən gerçəkdən Ronaldoya heyranam. “Messimi, Ronaldomu” sualını versən, həqiqətən Ronaldonu çox fərqli görürəm. Hələ o matçda het-trik etməsi çox önəmli idi. Hər igidin işi deyildi. Onun cərimə zərbəsindən vurduğu qol möhtəşəm idi. Hər kəs o matçda elə oyun, xarakter nümayiş etdirə bilməz. Üstəlik, Ronaldonun Fələstin məsələsindəki münasibəti, bunlar çox önəmlidir. Ronaldonu alqışlayıram".

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR