Türkiyənin yeni prezidenti kim olacaq? - İlkin nəticələr ORTAYA ÇIXDI

Türkiyənin yeni prezidenti kim olacaq? - İlkin nəticələr ORTAYA ÇIXDI
14:08 19 İyun 2018
84 Digər
Ölkə mətbuatı
A- A+

24 iyunda Türkiyədə keçiriləcək seçkilərə 4 gün qaldı.

Publika.az
xəbər verir ki, “Star” qəzeti seçkilərlə bağlı keçirilən son ictimai rəyin nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, AKP sonuncu referendumda topladığı 50 faizdən az səs toplamayacaq.

AKP-MHP-BBP-dən ibarət “Cümhur İttifaqı”nının 53-56 faiz səs alacağı proqnozlaşdırılır. İttifaq içində AKP-nin səsi 45-48 faiz arası hesablanır. İttifaqın namizədi Rəcəb Tayyip Ərdoğanın ən az 51-53 faiz səs alacağı gözlənilir.

Gözləntilərə görə, AKP seçkidən sonra parlamentdə 300-dən çox yer alacaq.

CHP-İyi Partiya-Səadət Partiyasından ibarət “Millət İttifaqı”nın 28-32 faizə qədər səs alacağı proqnozlaşdırılır.

İttifaqın içində CHP-nin və CHP namizədi Muharrem İncənin 23-26, İyi Partiyasının 7-11, bu partiyanın namizədi Meral Akşenerin isə 9-12 faiz arası səs alacağı gözlənilir.

HDP-nin isə 8-11 faiz səs alacağı və barajı keçə bilməcəyi proqnozlaşdırılır.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/244767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR