Azərbaycan HHQ-nin Amerika istehsalı olan bu helikopterləri ilk dəfə paradda uçacaq - FOTO

Azərbaycan HHQ-nin Amerika istehsalı olan bu helikopterləri ilk dəfə paradda uçacaq - FOTO
14:47 19 İyun 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parada Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş "Bell-412" helikopterləri də ilk dəfə cəlb olunub.

Milli.Az xəbər verir ki, "AzeriDefence"nin məlumatına görə, HHQ-nin aviasiya vasitələrinin paytaxt səmasında keçirilən uçuşlarında Amerika istehsalı olan "Bell-412" helikopterləri ilk dəfə görüntülənib.

Uçuş edən 50-dək helikopterin arasında 4 ədəd "Bell-412" helikopteri yer alıb.

Qeyd edək ki, bu hərbi paradlarda nümyiş olunan ilk qeyri-sovet/rus helikopteridir.

Paradda "Bell-412" helikopterləri ilə yanaşı Mi-24, Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat və dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş Ka-27 helikopterləri də uçuş edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/660882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR