Qorxunc gəmi qəzası: 128 nəfər itkin düşdü

Qorxunc gəmi qəzası: 128 nəfər itkin düşdü
16:18 19 İyun 2018
88 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın dünyaca məşhur Toba gölündə sərnişin daşıyan gəmi batıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində gəmidə olan 128 nəfər suda itkin düşüb.

İndoneziyanın “Antara” xəbər agentliyinin verdiyi məlumata görə, hadisə Sumatra adasının şimalında, Medan şəhərinin yaxınlığında baş verib. Gəmi Samosirdən Simalunqun bölgəsinə gedərkən batıb.

Yerli qaynaqlardan verilən məlumata görə, gəmi hava şəraitinin əlverişsiz olması və potensialından çox yük götürməsi nəticəsində suya qərq olub.

Axtarış-xilasetmə işləri davam edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/244779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR