Suriya üçün Cenevrədə kritik görüş

Suriya üçün Cenevrədə kritik görüş
17:38 19 İyun 2018
50 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə özəl təmsilçisi Steffan de Mistura Suriyada Konsitutsiya Komissiyasının qurulmasına dair Astana razılaşmasının əsas fiqurları olan Türkiyə, Rusiya və İran diplomatları ilə görüşüb.

Publika.az xəbər verir ki, BMT-nin Cenevrədəki mediaya qapalı ofisində gerçəkləşən görüşdə Türkiyənin Xarici İşlər Nazirliyinin məsləhətçi köməkçisi Sedat Önal, Rusiyanı Vladimir Putinin özəl təmsilçisi Aleksandr Lavrentyev, İranı isə xarici işlər nazirinin köməkçisi Hesyn Cabiri təmsil edir.

Toplantıda 30 yanvar tarixində Rusiyanın Soçi şəhərində təşkil edilən Milli Dialoq Konqresində qurulmasına qərar verilən Konsitutsiya Komissiyasının detalları müzakirəyə çıxarılıb.

BMT-nin təmsilçisi Bəşər Əsəd rejiminin Konsitutsiya Komissiyasında yer alması üçün 50 nəfəri müəyyən etdiyini və müxaliflərin siyahı hazırlaması üçün işlərin aparıldığını qeyd edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/244788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR