"Titanik" barədə ŞOK FAKTLAR açıqlandı -

1898-ci ildə Morqan Robertson tərəfindən qələmə alınan “Titanın qalıqları” adlı kitab “Titanik” gəminin batmasını eynilə özündə əks etdirir.

Metbuat.az-ın məlumatına görə, maraqlısı budur ki, kitab gəmi batmazdan 14 il əvvəl qələmə alınıb. Kitabda bəhs olunan hadisələr “Titanik”in aqibəti ilə tam oxşarlıq təşkil edir. Hətta gəmidəki sərnişin heyətinin tərkibi, faciənin baş verməsinə səbəb olan hadisə, hadisənin baş verdiyi ərazi, ölənlərin sayı üst-üstə düşür.

Real həyatda olduğu kimi əsərdə də gəmi İngiltərənin Sauthemptom limanından yol çıxıb.Bu kitabın sirri hələ də qaranlıq olaraq qalır. Qeyd edək ki, “Titanik” 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər həlak olub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR