Osaka prefekturasında yeraltı təkanlar davam edir

Osaka prefekturasında yeraltı təkanlar davam edir

Metbuat.az xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Osaka prefekturasında baş verən güclü zəlzələdən sonra təkanlar davam edir.

Xatırladaq ki, iyunun 18-də səhər saat səkkiz radələrində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 4 nəfər həlak olub, 370 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Prefektura ərazisində təkrar təkanlar davam edir. Gecə saat 00:30 radələrində 4 bal gücündə təkrar zəlzələ qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyinin nümayəndələri torpaq sürüşmələri və zərərçəkən rayonlarda binaların uçması təhlükəsi barədə xəbərdarlıq yayıblar. Qarşıdakı həftə ərzində təkanların davam edəcəyini nəzərə alan hakimiyyət orqanları sakinləri ayıq olmağa çağırır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR