Bakıda çirkin əməl: 9 yaşlı uşağı zorlayıblar

Bakıda çirkin əməl: 9 yaşlı uşağı zorlayıblar
14:14 12 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 9 yaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səlim Hüseynov( ad şərtidir) barəsindəki cinayət işi məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, proses qapalı keçirildiyindən iclasa KİV nümayəndələri buraxılmayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edib. Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə keçən il Sabunçu qəsəbəsində baş verib. Yaşadığı evin həyətində uşaqlarla oynayan 9 yaşlı Əli Mirəliyevin( Ad şərtidir) siqaret çəkdiyini görən digər oğlanlar çirkin fikrə düşüblər. Onlar azyaşlıya deyiblər ki, siqaret çəkdiyini anasına deyəcəklər. Beləliklə yeniyetmələr azyaşlını qorxudaraq onunla qeyri-təbii yolla cinsi münasibətdə olublar.

 

Baş verənlərdən xəbər tutan 9 yaşlı oğlanın anası polisə şikayət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlını zorlamaqda şübhəli bilinən 1999-cu il təvəllüdlü S. H (ad şərtidir) saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.1 (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR