Qoç - günün ilk yarısında yaxın perspektivə
yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın,
enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik
etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə
yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.
Buğa - günün ilk yarısında başlanan proseslər
sizə sakit dövr vəd etmir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq
üçün yaxşıca çalışmalı, zəhmət çəkməli olacaqsınız. Nəticə isə
gözləntilərinizə uyğun gəlməyə bilər.
Günün ikinci yarısında yeni layihə və ya təklif istisna deyil.
Mümkün qədər səbrli, təmkinli olun. Şərikin və ya tərəfdaşın
mövqelərini nəzər alın.
Axşam saatlarında qonaqlar gələ bilər. Yaxşı vaxt
keçirəcəksiniz.
Əkizlər - süst və ətalətli olmayın. Maraqlı
layihəyə başlamaq imkanları yaranıb. Təklifləri dərhal qəbul
etməyin. Yüz ölçün, bir biçin. Mümkün variantlar arasında ən
sərfəlisini və effektivini seçin.
Günün ikinci yarısında tələsməyin. Ünsiyyətdə kasadlıq müşahidə
olunmayacaq. Orijinal ideyanı reallaşdıranda emosiyalara
qapılmayın.
Sağlam qidalanın, rasiona fikir verin. Əks təqdirdə əhvalınız
korlana bilər.
Xərçəng - kiçik risk və eksperimentlərdən
qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki
planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı
tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın.
Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər.
Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.
Şir - yaxşı imkanlar vəd edən gündür. Sərvaxt
davranın, yaranan şansları dəyərləndirin. Yaşam mövqeləriniz və
prioritetlərinizin əsasını aktivlik təşkil etməlidir. Bir yerdə
qalsanız, işlərinizdə irəliləyişlərə nail ola bilməyəcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Özünüzdən
bədgüman qalmayın. Tənqidə sərt reaksiya verməyin. Bacarıqlarınızı
və imkanlarınızı obyektiv dəyərləndirin.
Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Qız - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif
layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə
bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş
etdirin. Rəqibləri üstələmək üçün obyektiv şərtlərdən maksimum
istifadə edin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar.
Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq
yarada biləcək suallara zəmin yaratmayın.
Tərəzi - yaşananları dəqiq qiymətləndirin.
Kobud səhvlərin fəsadları çox ağır ola bilər. İllüziyaların əsiri
olmayın. Reallığı yanlış dəyərləndirsəniz, işlərinizdə axsamalar və
ləngimələr olacaq.
Günün ikinci yarısında təriflərə aldanaraq fəaliyyət tempini aşağı
salmayın uğurlar başınızı gicəlləndirməsin. Məqsədləri təftiş edin,
daha yüksək səviyyəyə can atın.
Əqrəb - məqsədə doğru daha fəal hərəkət üçün
yaxşı motivasiya var. Yaxın ətrafınızdakı insanların yardımlarından
dəyərlənməyə çalışın. Zərurət yaranarsa, məsləhətlərə qulaq
asın.
Günün ikinci yarısında intizamlı olun. Vaxtınızın qədrini bilin.
Sevdiyiniz insan qayğı və diqqət tələb edir.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - günün ilk yarısı pozitiv və məhsuldar
zaman vəd edir. Hadisələrin azarına kobud müdaxilə etməyin.
Olayların nəzarətdən çıxmasına imkan verməyin.
Günün ikinci yarısında qayda və normalar çərçivəsindən kənara
çıxmayın. Riski gərəkli saysanız belə, qanun və normaları
tapdalamayın. Yaxın ətrafınızdakı insanlarla münsibətlərdə
mövqelərinizin sərhədlərini dəqiq müəyyənləşdirin.
Axşam saatlarında kimsəyə imkan verməyin ki, sizə kobud təzyiqlər
etsin.
Oğlaq - müsbət emosiyalar, xoş hadisələr vəd
edən gündür. Uzun müddətdən bəri sərf etdiyiniz əməyin bəhrəsini
görə biləcəksiniz. İşinizdə və şəxsi münasibətlərinizdə irəliləməyə
çalışın.
Günün ikinci yarısında hər hansı tipdə və ya formada riskdən uzaq
durun. Şübhəli əməliyyatlara, fırıldaqlara qatılmayın.
Axşam saatlarını sevdiyiniz insana sərf edin.
Dolça - rutin işlərdən usanmayın. Bu işləri
sizin əvəzinizə kimsə görəsi deyil. Əməyinizin qədrini bilin,
işləri yarımçıq qoymayın. Fəaliyyətinizdə iradəli olun.
Günün ikinci yarısında emosiyalar burulğanına düşərək qarşınıza
qoyduğunuz məqsədi unutmayın. Başqalarının uğurlarına paxıllıq
etməyin. İrəliləyiş üçün var qüvvə ilə işləyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - maddi məsələlərə xüsusi diqqət
yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi
əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini
dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera
perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək
olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza
yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Milli.az