ABŞ BMT-ni təhqir etdi, Şuradan çıxdı - FOTO

ABŞ BMT-ni təhqir etdi, Şuradan çıxdı - FOTO
11:05 20 İyun 2018
144 Dünya
Ölkə mətbuatı
A- A+

Ölkəmiz BMT-nin İnsan Haqları Şurasını tərk edir. Bir məqamı tam və yekun şəkildə aydınlaşdırmaq istəyirəm ki, ABŞ-ın Şuranı tərk etməsi insan haqları ilə bağlı öhdəliklərimizdən geri çəkilmək deyil.

Milli.Az bildirir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli belə deyib.

Onun sözlərinə görə, BMT üzvü olan dövlətlərdən heç biri İnsan Haqları Şurasının fəaliyyətinin "islahatlara uğradılması"nda iştirak etmək istəməyib: "Şuranın özü isə qərəzli, mənfəət güdən struktura çevrilib".

Dövlət Departamentində açıqlama ilə çıxış edən Nikki Heyli ABŞ-ın BMT-nin İnsan Haqları Şurasını (İHŞ) tərk etdiyini təsdiqləyib.

"Belə qərar verə biləcəyimizi çox əvvəl demişdik. Şura uzun müddətdən bəri insan haqlarını pozanların müdafiəçisi, siyasi baxımdan qərəzli struktura çevrilib. İslahatlarla bağlı çağırışlarımızı eşitmədilər. Əfsuslar olsun ki, insan haqlarını pozanlar Şuradadır və bu struktura çevilirlər. Dünyanın ən qəddar rejimləri gündəmi müəyyənləşdirir, Şura isə qərarlarını siyasiləşdirir, insan haqlarını pozanlardan və onların əməllərindən diqqəti yayındırmaq üçün həmin haqlarla bağlı situasiyanın yaxşı olduğu ölkələri suçlayır", - N.Heyli deyib.

O, daha sonra bir sıra ölkələri Şurada islahatlar aparmağa mane olmaqda suçlayıb: "Şurada fəal şəkildə islahatlar aparmaq niyyətimizi açıqlamaq istəyəndə həmin ölkələr qəflətən peyda olub bizə maneələr yaratdılar. Rusiya, Çin, Kuba və Misir - onların hamısı ötən il bizə mane olmağa çalışdılar. Qərarımızın səbəbləri arasında Vaşinqtonun müttəfiqi İsrailə qarşı zəifləmək bilməyən, patoloji nifrət kampaniyası da var".

Heylidən sonra çıxış edən ABŞ dövlət katibi Maykl Pompeo BMT-nin İnsan Haqlarnı Şurasını "böyük biabırçılıq mənbəyi", qurumun qərarlarını "ikiüzlülüyün utanmaz təzahürü" adlandırıb.

Böyük Britaniya və Avropa Birliyi ABŞ-ın İHŞ-nı tərk etməsi qərarı ilə bağlı təəssüfləndiklərini bildiriblər. Rəsmi London bundan sonra da İHŞ-ın fəaliyyətini tam dəstəkləyəcəyini vurğulayıb.

İsrail isə tam əksinə, ABŞ-ın qərarını alqışlayıb.

"İsrail prezident Trampa, dövlət katibi Pompeoya və daimi nümayəndə Heyliyə BMT-nin "İnsan Haqları Şurası" adlanan qurumundakı ikiüzlülük və yalanla bağlı qəbul etdikləri cəsur qərara görə minnətdarlıq edir", - İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamasında deyilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
ABŞ BMT-ni təhqir etdi,


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/661079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR