“Elektron hökumət” portalı üzərindən istifadəyə verilən sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında öz faydalarını verir

“Elektron hökumət” portalı üzərindən istifadəyə verilən sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında öz faydalarını verir
14:21 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mükəmməl proqram təminatı əsasında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi hazırlanaraq “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib.

Hazırda uğurla fəaliyyət göstərən bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsində, qeyri-leqal məşğulluq hallarının qarşısının alınmasında, büdcəyə sosial sığorta və vergi daxilolmalarının artırılmasında və s. öz faydalarını verir.
 
Bu fikri nazir Səlim Müslümov ƏƏSMN-də keçirilən növbəti “Məlumat mübadiləsi saatı”nda bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir ötən il əmək sahəsində hazırlanan yeni qanunvericilik layihələrindən söz açaraq, “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın layihələrinin hazırlandığını diqqətə çatdırıb.
 
 
Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR