​Suriya ordusu və İran döyüşçüləri

Suriya ordusu və İran döyüşçüləri cənubda əməliyyatlara hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, hökumət qüvvələri Amerika Birləşmiş Ştatlarının xəbərdarlıqlarına baxmayaraq, Deraa əyalətində hərbi əməliyyatlara hazırlıqları davam etdirir. Suriya hakimiyyəti regionda 60-dan çox zirehli texnika və canlı qüvvə cəmləşdirib. İranlı döyüşçülər isə Əsəd ordusuna dəstək vermək üçün bölgədən çəkilmək görüntüsü yaradaraq, suriyalı hərbçilərə qarışıb.

İddia olunur ki, Deraa əyalətində İran, Pakistan və Suriyanın hakimiyyətyönlü briqadaları cəmləşib. Şimalda “Hizbullah” və İslam İnqilabı Mühafizəkarlar Korpusunun əsgərləri yerləşib. Şərqdə əfqan briqadaları, “Hizbullah”, İran və iraqlı döyüşçülər, şimal-şərqdə isə Hizbullah, İslam İnqilabı Mühafizəkarlar Korpusunun əsgərləri və əfqan döyüşçülər əməliyyatlara hazır vəziyyətə gətirilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR