Mingəçevirdə baba laqonda ilə nəvəsinin ayağını kəsdi

Mingəçevirdə baba laqonda ilə nəvəsinin ayağını kəsdi
03:58 21 İyun 2018
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət alıb.

Publika.az xəbər verir ki, Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44-də işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/244921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR