Ronaldodan REKORD: 38,6 km/saat sürətlə qaçdı - VİDEO

Ronaldodan REKORD: 38,6 km/saat sürətlə qaçdı - VİDEO
03:58 21 İyun 2018
150 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın "One" kanalı məlumat versə də, bu, rəsmi olaraq öz təsdiqini tapmayıb.

Futbolçu iyunun 15-də keçirilən matçda əks hücum zamanı bu sürəti yığıb, lakin hücum qol ilə nəticələnməyib.

Hazırda yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.

Portuqaliya-İspaniya matçı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Ronaldo oyunda karyerasında DÇ çərçivəsində ilk het-trikini rəsmiləşdirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR