DÇ-2018: İspaniya minimal hesabla İranı məğlub edib - YENİLƏNDİ

DÇ-2018: İspaniya minimal hesabla İranı məğlub edib - YENİLƏNDİ
03:58 21 İyun 2018
33 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İspaniya millisi DÇ-2018-in qrup mərhələsinin ikinci turunda İran üzərində qələbə qazanıb.

Publika.az xəbər verir ki, Kazanın "Kazan Arena" stadionunda keçirilən görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 54-cü dəqiqədə Dieqo Kosta vurub. Bu, Kostanın DÇ-2018-də 3-cü qolu olub. 30 yaşlı forvard daha əvvəl Portuqaliya ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə dubla imza atıb.

İran yığması hesabda geri düşdükdən sonra qol vurmağı bacarsa da, VAR sisteminə müraciət olunduqdan sonra həmin epizodda ofsayd qeydə alınıb. Bu qələbə sayəsində İspaniya xallarını 4-ə çatdıraraq, Portuqaliyanın liderliyinə şərik çıxıb. 3 xala malik İran da 1/8 fnala vəsiqə şanslarını qoruyur. Xalsız Mərakeş isə qrupda qalıb.

Qeyd edək ki, bu gün keçirilmiş hər 3 qarşılaşmada 1:0 hesabı qeydə alınıb. A qrupunda Uruqvay Səudiyyə Ərəbistanını, B qrupunda isə Portuqaliya Mərakeşi minimal hesabla yenib.

DÇ-2018, II tur, B qrupu

16:00. Portuqaliya - Mərakeş 1:0

Qol: Kriştianu Ronaldu, 4

Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Sergey Karasyov, Anton Averyanov (hər ikisi Rusiya)

Moskva, "Lujniki" stadionu

A qrupu

19:00. Uruqvay - Səudiyyə Ərəbistanı - 1:0

Qol: Luis Suares, 23

Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don, "Rostov Arena"

B qrupu

22:00. İran - İspaniya - 0:1

Qol: Dieqo Kosta, 54

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR