Türkiyədə erməni müğənnini sünnət ediblər

Türkiyədə erməni müğənnini sünnət ediblər
14:22 12 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni əsilli Türkiyə müğənnisi Rober Hatemo hərbi xidmətdə olarkən sünnət olunduğunu bildirib.

Trend-in bazar ertəsi Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, müğənni 1994-cü ildə Adanada hərbi xidmət keçib.

İfaçının sözlərinə əsasən, ona və sünnət olunmayan daha bir əsgərə "kiçik toy" edilib: "Bizi sünnət olunmuş uşaq kimi geyindirdilər və küçələrdə gəzdirdilər".

R.Hatemo əlavə edib ki, komandiri sünnət olunmaq üçün atasından razılığını alıbmış.

Qeyd edək ki, R.Hatemo 1974-cü ildə Çanaqqalada anadan olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR