Daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivi yaradılır

Daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivi yaradılır
14:26 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində görülmüş işlər nəticəsində mühüm nəticələr əldə edilib, bəzi işlər isə hazırda davam etdirilməkdədir. Layihənin uğurla icrası nəticəsində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü  ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib.
 
 Layihə çərçivəsində Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Daşınmaz Əmlakın Vahid Qeydiyyatı, Kadastr və İdarəedilməsi Sisteminin (DƏQKİS) və daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması istiqamətində işlər davam etdirilir. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) qeyd edilib ki, layihə çərçivəsində növbəti mühüm addım Əmlak Məsələləri Dövlət Komitəsi üçün İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yaradılmasıdır. Bu Mərkəz üçün yeni binanın tikintisi həyata keçirilir.
 
Bundan əlavə, ƏMDK İT Mərkəzinin Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzinin binasının tikintisinə də başlanıb və hazırda davam etdirilir. ƏMDK üçün İKT Strategiyası hazırlanıb, qəbul edilib.
 
Hazırda Strategiyanın icrası davam etdirilir. Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində də işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.
 
 
 
 Həqiqət İSABALAYEVA
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR