ATƏT sədri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək

14:27 12 Yanvar 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin I müavini və xarici işlər naziri İvitsa Daçiç Cənubi Qafqaza səfər edəcək. Bunu bazar ertəsi Trend-ə diplomatik mənbə deyib.

Onun sözlərinə görə, İ.Daçiç səfər zamanı Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.

Mənbə qeyd edib ki, İ.Daçiçin Azərbaycan, Ermənistan və Gürcüstana səfəri yaxın aylarda gözlənilir.

Serbiyalı nazir il ərzində ATƏT-ə rəhbərlik edəcək.

Qeyd edək ki, ötən il ATƏT-ə İsveçrənin xarici işlər naziri Didye Burkhalter sədrlik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR