Bakı yaxınlığında qəza: ölənin kimliyi bilinmir

14:42 12 Yanvar 2015
176 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol hadisəsi baş verib.

Anspress-in məlumatına görə, Maştağa - Buzovna yolunda baş verən qəzaya iki minik maşınının toqquşması səbəb olub.

Hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb və sürücülərdən biri ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəldikdə təxminən 40 yaşlarıında olan kişi artıq dünyasını dəyişib. Kimliyi müəyyən edilməyən kişinin cəsədi morqa təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR