Saatlıda “Qazel”lə motosiklet toqquşdu

Saatlıda “Qazel”lə motosiklet toqquşdu
03:48 25 İyun 2018
6 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Axşam saatlarında şəhərin “Proyezd” adlanan ərazisində “Qazel” markalı avtomobillə motosikletin toqquşması nəticəsində ikincidə olan rayonun Naharlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Həsənov Xaqani Arif oğlu və Rzayev Daşqın Vəkil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra X.Rzayevin vəziyyəti ağır olduğundan o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/245301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR