Qoç - Ən adi, rutin məsələlərin həllində
ekstravaqant çözüm yollarından yararlansanız, problemlərin
öhdəsindən gələcəksiniz. Maliyyə məsələləri, sərmayə layihələri
üçün əlverişli zamandır. Əlavə gəlir istisna deyil. İdeyalarınızı
praktikada yoxlayın. Günün ikinci yarısında real gəlir əldə edə
bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə
yollanın. Əsəblərinizi cilovlayın.
Buğa - Qarışıq, mürəkkəb zamandır. Astagəl
olmayın, sürətlə hərəkət edin. Xəbərləri dinləyin, gələn
məlumatları saf-çürük edin, hadisələrə təsir imkanlarına malik
insanlarla görüşün. Şəriklərinizin əhvalını və ən mühümü -
fikirlərini nəzərə alın. Sözlərinizə diqqət yetirin. Günün ikinci
yarısında həmkarlarınızı rəncidə edəcək söhbətlərə qatılmayın.
Situasiyada münaqişə elementləri var. Hər şeyi səbəbsiz yerə
dramatikləşdirməyin. Şəxsi münasibətlərdə nəyisə tələsdirməyin.
Bəzən ehtiyatlı olmaq gərəkdir. Aqressiyaya və qeybətə meylli
insanlardan uzaq durun.
Əkizlər - Yorucu, usandırıcı, rutin işlərlə dolu
gündür. Yaxın ətrafınızdakı insanlar sizinlə bağlı bəlli
gözləntilərə malikdirlər. İşlərin öhdəsindən gələ bilmədiyinizi
anlayırsınızsa, dostlara yardım üçün müraciət edin. Günün ikinci
yarısında praktiki fəaliyyəti ünsiyyətdən üstün tutun. Yaşam və iş
məkanlarında qayda yaradın. Yeni layihənin detallarını qaydaya
salmaq üçün səbrli olun. Ailə üzvlərinin sizə ehtiyacı var.
Səhhətinizin qeydinə qalın.
Xərçəng - Ətrafınızdakı vurnuxmanın adi elementinə
çevrilməyin. Plan çərçivəsində hərəkət edin. Öhdəlik və vədlərinizi
unutmayın. Etibar etdiyiniz insanların gözləntilərini aldatmayın.
Görüşə gecikməyin. Günün ikinci yarısında qəza, travma riski var.
Şəraiti səbəbsiz yerə gərginləşdirməyin. Mübahisələrə qatılmayın,
münaqişədə tərəf tutmayın. Hissiyyata qapılaraq sonradan ağır
fəsadlara səbəb ola biləcək addım atmayın. Problemlərin həllinə
yaradıcı yanaşsanız, çətin vəziyyətdən asanlıqla çıxış yolu tapa
bilərsiniz. Enerjinizi boşuna xərcləməyin. Ev işləri ilə məşğul
olun.
Şir - Ehtiyatlı olun. Sizi iradənizə zidd olaraq
avantüraya cəlb edə bilərlər. Pullarınızı yanlış yatırma riski var.
Sərfəli olmayan alışlar etməyin. Gərəkli işlə məşğul olun. Ciddi
qüvvə və vaxt alan məhğuliyyəti unudun. Lazımi nəticə əldə etmək
üçün var qüvvənizlə çalışın. Günün ikinci yarısında abstrakt
ideyaların əsirinə çevrilməyin. Məlumat axtarın, interneti
ələ-vələk edin. Yaxın gələcəkdəki fəaliyyətin istiqamətlərini
tərəfdaşlarla müzakirə edərək ən uğurlu variantı seçin. Ailə
üzvlərinin səhhəti bu gün həssas məsələdir. Uşaqlarla və qocalarla
ünsiyyətdə şəfqətli olun. Evdəkilərin işinə yarayacaq insan
olun.
Qız - Yaşamın müəyyən təfərrüatlarına diqqət
yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar
aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın
gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır. Günün ikinci
yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun
aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə
üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər. Axşam saatlarında
gəzintiyə çıxın.
Tərəzi - Xərclərinizi artırmayın. Yaxınlarınızdan
qayğınızı əsirgəməyin. Sürətlə inkişaf edən prosesi donuq
nəzərlərlə seyr etməyin. Dəyər verdiyiniz insanın maraqlarını
nəzərə alın. Yaxşılıq müqabilində heç nə gözləməyin. Günün ikinci
yarısında şəfqət və ya səxavətiniz adekvat dəyərləndirilməyə bilər.
Sürətli dəyişikliklər və bəzi uğurlu olaylara rəğmən
ziddiyyətlərdən xali olmayan vaxtdır. Yeniliklərin optimal olması
üçün əlinizdən gələni edin. Qarışıq, dolaşıq maliyyə sxemlərinə
qoşulmayın. Yaxşı tanıdığınız insanlarla çalışın.
Əqrəb - İstədiyinizdən artıq vaxtı ünsiyyətə sərf
etməli olacaqsınız. Qarşılıqlı əlaqələrin, təmasların bir neçə
kanalını nəzarətdə saxlayın. Yaxın ətrafınızdakı insanların sizinlə
bağlı ifrat gözləntiləri var. Öz problemlərinizin həlli ilə məşğul
olmağınız bəzilərini qıcıqlandıra bilər. Başqalarının maraqlarını
təmin etməyə can ataraq öz mənafelərinizi unutmayın. Günün ikinci
yarısında maneələri dəf edəndə qətiyyətli olun. Hər deyilən sözə
fikir verməyin. İmicinizə fikir verin, nüfuzunuzu zədələyə biləcək
addımlar atmayın. İntuisiyanızın səsinə qulaq asın.
Oxatan - Günün ilk yarısında yaşananları laqeyd,
süst şəkildə seyr etməyin. Aktiv olun, ətrafınızdakı insanlara
fikir verin. Dəyər verdiyiniz şəxsə təzyiq göstərməyə çalışmayın.
Olayların süni təkanlara ehtiyacı yoxdur. Günün ikinci yarısında
kiməsə dərhal yardım etmək istəyiniz əks reaksiya doğura bilər.
Narazılıq, sizin hesabınıza nəyəsə nail olmaq istəkləri ilə
qarşılaşacaqsınız. Başqalarının səhvlərinə görə utanmayın.
Pullarınızdan başqalarının faydalanmasına imkan verməyin. Axşam
saatlarında normal istirahət edin.
Oğlaq - İstəklərinizə nəzarət edin. Praktik olun,
durumu normal qiymətləndirin. Alış-veriş üçün əlverişli zaman
deyil. Bir müddət sonra cazibəsini və aktuallığını itirəcək əşyaya
çox pul verməyin. Günün ikinci yarısında mümkün qədər çox
informasiya əldə etməyə çalışın. Təmaslarınıza məhdudiyyət
qoymayın. Dostlarla görüşmək istəyirsinizə, müzakirə ediləcək
mövzunu dəqiqləşdirin. Ümumi maraqlar irəliləyişə təkan verə bilər.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Dolça - Həyəcan və emosiyaların bol olacağı
gündür. Artıq söz deməmək üçün özünüzü ələ alın. Bədxahlar, sizə
qarşı məkrli davranan rəqiblər durumdan istifadə edə bilərlər.
Ünsiyyət çevrəsini yanlış seçməyin. Həddən ziyadə səmimi olmayın.
Günün ikinci yarısında öhdəlikləri və vədləri unutmayın. Zərərli
vərdişlərdən, pis əlaqələrdən qurtulmaq üçün yaxşı zamandır.
Zərurət yaranarsa, maliyyə və əmlak məsələlərini tərəfdaşla,
şəriklə müzakirə edə bilərsiniz. Axşam saatlarında normal istirahət
edin.
Balıqlar - Dostlardan birinin davranışı və sözləri
sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən
sui-istifadə etmək istəyir. İşdə həmkarlarınızla normal davranın.
Situasiyaya total nəzarət xülyalarını unudun. Günün ikinci yarısı
kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz,
hər şey yaxşı olacaq. Axşam saatlarına yaxın yaxınlarınız sizə
yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın.
Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər
dincəlin.
Milli.az