Baxçalı hamıya meydan oxudu - Seçki çıxışı

Baxçalı hamıya meydan oxudu - Seçki çıxışı
03:58 25 İyun 2018
21 Digər
Ölkə mətbuatı
A- A+

MHP başqanı Dövlət Baxçalı da seçki ilə bağlı çıxışını edib.

Axar.az xəbər verir ki, MHP iqamətgahının önündə çıxış edən Baxçalı gizli tələləri qırdıqlarını, bəzi rəqiblərin gözləntilərini gözlərində qoyduqlarını, Türkiyəni xaosa çəkmək istəyənlərin ümidlərinin puç olduğunu bildirib.

"Hörmətli Ərdoğan seçkilərin birinci turunda qazanmaqla, Türkiyəni xaosa sürükləmək istəyənlərin ümidlərini darmadağın etdi. MHP böyük bir uğura imza ataraq, Millət Məclisində layiqli millət vəkili sayı qazandı və çoxlarının barajı aşa bilməyəcəyini gözlədiyi üçün, proqnozları alt-üst etdi. Biz hər şeyi gözə alaraq, millətimiz və Türkiyəmiz üçün əlimizi daşın altına qoyduq. Millətimə təşəkkür edirəm ki, bu fədakarlığı qiymətləndirdi".

Baxçalı Ərdoğanı bir daha təbrik edərək, bundan sonra yeni sistemdə Türkiyənin hədəflərinə doğru irəliləməsi üçün nə lazımsa, edəcəklərini bəyan edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/245312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR