Ərdoğan Türkiyənin prezidenti seçildi - YEKUN NƏTİCƏLƏR

Ərdoğan Türkiyənin prezidenti seçildi - YEKUN NƏTİCƏLƏR
04:04 25 İyun 2018
25 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin  nəticələri məlum olub.

 

APA-nın məlumatına görə, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

 

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıblar.

 

Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə  tamamilə prezident üsuli-idarəsinə keçib.

 

Parlament mandatı  uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı”  53,6% səslə  qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı  seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

 

Millət vəkillərinin sayının 550-dən 600-ə çıxarılmasından sonra  keçirilən ilk seçkidə AKP  məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə  məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın   (10.07-45 mandat)  qurduğu ittifaq məclisdə də çoxluğu ələ keçirə bilməyib.

 

 

 

***

 

 

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 54,11%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur.

 

İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,96%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,49%).

 

 

***

 

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 55,47%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,22%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,47%).

 

Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda mübarizə aparacaq.

 

 

 

***

 

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 19,6 faizi sayılıb.

 

APA-nın məlumatına görə, sayılan səslərə əsasən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 59,6 faiz, CHP-nin namizədi Məhərrəm İncə 26,1 faiz səs toplayıb.

 

İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz, və Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/304206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR