Messi: ""Qızıl top"u qazanmağım çətin olacaq"

Messi: ""Qızıl top"u qazanmağım çətin olacaq"
14:47 12 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

Ötən ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"a əsas namizədlərdən olan "Barselona"nın hücumçusu Lionel Messi mükafatı qazanmaq şanslarını dəyərləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytına danışan argentinalı futbolçu "Qızıl top"a yiyələnmək şansının az olduğunu bildirib:

"Real danışsaq, bu dəfə "Qızıl top"u qazanmağım çətin olacaq. Bununla belə, mükafatlandırma mərasimindən zövq almağa çalışacağıq. Ronaldu Noyer ötən ili çox yaxşı keçirdilər. Portuqaliyalı futbolçu ötən mövsüm İspaniya La Liqasını və kubokunu qazandı. Həmçinin bir sıra qollar vurdu. Noyer isə ili əla keçirdi və Almaniya millisi ilə dünya çempionu oldu. Bu gün kimin qalib gələcəyini bilmirəm, ancaq layiq olan qələbə qazanacaq".

Qeyd edək ki, "Qızıl top" mükafatının yeni sahibi bu gün, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR