Balıq ovlayanlar saxlanıldı

Balıq ovlayanlar saxlanıldı
16:43 25 İyun 2018
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb.
Qanun pozuntusu cinayət xarakterli olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Daxili İşlər Nazirliyi Su Nəqliyyatı Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinə göndərilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/245382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR