Luis Enrike: "Uduzsaq, yenə təzyiqlər başlayacaq”

Luis Enrike: "Uduzsaq, yenə təzyiqlər başlayacaq”
14:47 12 Yanvar 2015
168 İdman
Ölkə mətbuatı
A- A+

"Möhtəşəm bir matç oldu. Çox güclü rəqibə qarşı oynadıq və vacib qələbə qazandıq. Çempionluq uğrunda mübarizə aparan "Atletiko"nu məğlub edərək üstünlük əldə etdik".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasının 18-ci turunda "Atletiko"ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Gənc mütəxəssis bu qələbənin üzərlərində olan təzyiqi bir qədər yüngülləşdirdiyini bildirib. Ancaq buna baxmayaraq, o, məğlub olacaqları təqdirdə, yenidən mənfi fikirlərin səsləndiriləcəyini söyləyib:

"Mən hər zaman öz işimlə məşğul oluram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Ancaq bu mövsüm başa çatdıqan sonra gördüyüm işlərin düzgün olub-olmadığını söyləmək olar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR