Dənizdə batan şəxs xəstəxanaya aparılarkən keçindi

Dənizdə batan şəxs xəstəxanaya aparılarkən keçindi
20:48 25 İyun 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Dənizdə 26 yaşlı gənc batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsiylə üzləşib və məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılıb.

Q.İsmayılov Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/245407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR