Nyu-York azərbaycanlının gözü ilə - FOTO

Nyu-York azərbaycanlının gözü ilə - FOTO
14:52 12 Yanvar 2015
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

Trend oxucularına dünyanın ən böyük şəhər yaşayış məntəqələrinin birləşməsi, ABŞ-ın ən böyük şəhəri, dünyanın ən əhəmiyyətli maliyyə, siyasi, iqtisadi və mədəni mərkəzi olan Nyu-Yorka səyahət haqqında silsilə materialları təqdim edir.

Şəhərin əhalisinin sayı 9 milyon nəfərə yaxın, birləşmənin əhalisi isə 24 milyon (2013-cü ilin məlumatına görə) nəfərdir. Nyu-York Atlantik okeanın sahilindəki Nyu-York ştatının cənub-şərq hissəsində yerləşir. Şəhərin əsası XVII əsrin əvvəllərində hollandiyalı müstəmləkəçilər tərəfindən qoyulub. 1664-cü ilədək o, Yeni Amsterdam adlanıb.

Nyu-Yorka beş rayon (boro) daxildir: Bronks, Bruklin, Kuins, Manhetten və Staten-Aylend. Əsas görməli yerlər Manhetten borosunda yerləşir.

Ona görə də səyahətimizə "Times Square"-dən – meqapolisin neon ürəyindən başlayırıq. Bu meydan Nyu-Yorkun düz mərkəzində, Manhettendə, Brodvey və Yeddinci Avenyünün kəsişməsində yerləşir, dünyanın ən çox ziyarət edilən görməli yerlərindən biridir. Hər il burada 40 milyona yaxın turist olur.

"Dünyanın kəsişməsi", "Böyük Ağ Yol" ləqəbinə malik olan "Times Square" dünyanın mühüm oriyentiri, bütün Nyu-Yorkun və ABŞ-ın rəmzidir. Amerikalılar burada Yeni ili qarşılayır, bayram paradları və konsertlər keçirirlər. Nyu-Yorkun parlaq və qaynayan mərkəzində göydələnlər ucalır və sanki bütövlükdə neon lövhələrdən və reklam ekranlarından ibarətdir. Ona görə də "Times Square" xüsusilə axşamlar olduqca cəlbedici görünür. Bura şəhərin yeganə rayonudur ki, onun sakinləri mütləq parlaq reklam lövhələri nümayiş etdirməlidirlər.

Milli.Az


























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR