Macarıstanın əfsanə heyətinin son üzvü dünyasını dəyişib

Macarıstanın əfsanə heyətinin son üzvü dünyasını dəyişib
14:57 12 Yanvar 2015
164 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstan millisinin "Qızıl dövrü"nün son iştirakçısı Yene Buzanski dünyasını dəyişib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 89 yaşlı sabiq futbolçu dünən vəfat edib. İyulda həyatdan gedən Dyıla Qroşiksdən sonra məhz Buzanski macarların əfsanəvi heyətinin yeganə üzvü idi. Qeyd edək ki, Puşkaşın arxasınca apardığı Macarıstan 1952-ci ilin Olimpiadasında qızıl, 1954-cü il Mundialında isə gümüş medal qazanmışdı. Bu komandanı "qüdrətli madyarlar" adlandırırdılar. Həmin heyət ardıcıl 32 oyunu məğlubiyyətsiz başa vurmaqla Avropada rekord müəyyən etmişdi.

Macarıstan İngiltərə millisini "Wembley" stadionunda ilk məğlub edən qeyri-britaniyalı komanda statusuna da malikdir. 1953-cü ildə baş tutan görüş 6:3 hesabı ilə macarların xeyrinə yekunlaşmışdı. Buzanski ilə yanaşı, "Qızıl heyət"də Ferens Puşkaş, Zoltan Tsibor, Şandor Koçiş, Nandor Hideqkuti, Yozef Bojik kimi əfsanələr də çıxış edirdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR