Gəncədə 23 yaşlı oğlan toyda bıçaqlanıb

Gəncədə 23 yaşlı oğlan toyda bıçaqlanıb
15:14 12 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən axşam qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Kamran Rasim oğlu iştirak etdiyi toyda bir nəfərlə mübahisə edib, sonra mübahisə etdiyi şəxs onu bıçaqlayıb. Kamran Kərimov qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili tibi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib ki, ilkin araşdırma zamanı cinayəti törədən şəxs məlum olub. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR