Murad Dadaşov: "Baxıb zövq alıram, xoşuma gəlir"

Murad Dadaşov: "Baxıb zövq alıram, xoşuma gəlir"
15:17 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Murad Dadaşov teleaparıcıları müdafiə edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen "Onlar" verilişinə açıqlamasında aparıcıları qeyri-peşəkar adlandıranlara cavab verib:

"Bu gün televiziya verilişlərinin kasadlığını teleaparıcıların üzərinə atırlar. Bəlkə də, indiki verilişlər müasir günə cavab vermir. Amma maraqlı aparıcılar var, baxıb zövq alıram, xoşuma gəlir. Məsələn, Zaur Baxşəliyevin proqramına baxıram. Maraqlı insandır.

Düşünürəm ki, onun şah verilişləri qarşıdadır. Xoşqədəm xanımın proqramını bəyənirəm. Hansısa bir xarici formatı götürüb Azərbaycan tamaşaçısına çatdırmaq çətindir. Yarışma proqramları etmək asan deyil. Mən özüm də belə veriliş aparmışam, mürəkkəb məsələdir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR