"Youtube"dan möhtəşəm yenilik

"Youtube"dan möhtəşəm yenilik
15:21 12 Yanvar 2015
215 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur və ən çox istifadə olunan video paylaşma portalı "Youtube"dan maraqlı yenilik gözlənilir.

ANS PRESS-in məlumatına görə, sayt tezliklə panorama videoları da dəstəkləyəcək. Bunun sayəsində "Youtube" video portalında 360 dərəcə çəkilişli videolara da baxmaq mümkün olacaq.

İndiyədək heç bir video paylaşma saytında bu tip videolara baxmaq mümkün deyildi. Çünki videoya baxmaq üçün onu klaviatura və maus vasitəsilə hərəkət etdirmək lazım gəlirdi. Bunun üçün isə həmin saytlarda xüsusi proqram təminatı olmalıdır.

Bu yeniliyin tezliklə tətbiq ediləcəyi bildirilsə də, hələlik dəqiq vaxt məlum deyil. Güman edilir ki, bu xəbərdən sonra digər video paylaşma saytları da panorama videoların dəstəklənməsi istiqamətində addımlar atacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR