Rednikin yeni klubu bəlli oldu

Rednikin yeni klubu bəlli oldu
15:27 12 Yanvar 2015
189 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin yeni komandası müəyyənləşib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin "Petrolul" klubunu çalışdıracaq.
 
53 yaşlı mütəxəssisin təqdimatı bu gün keçiriləcək. Yanvarın 15-də təlim-məşq toplanışını üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq "Petrolul" klubu ilk yoxlama matçında Azərbaycan təmsilçisi "Neftçi" ilə qarşılaşacaq. Oyun yanvarın 23-də keçiriləcək.
 
Qeyd edək ki, Rednik 2012-ci ilin iyunundan oktyabrınadək "Petrolul" klubunu çalışdırıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR