Nadir Qafarzadə: "Böyüklük edən mən olmuşam..."

Nadir Qafarzadə: "Böyüklük edən mən olmuşam..."
15:27 12 Yanvar 2015
215 Şou
Ölkə mətbuatı
A- A+

“Space”də yayımlanan “Hələ bu harasıdır” verilişində bu gün yerli müğənnilərin kaprizləri müzakirə olunub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları arasında əməkdar artist Zaur Əmiraslanov, müğənni Nadir Qafarzadə, prodüserlər Ataş Hüseynov, Roland Bayramov və başqaları olub.

Məsələ ilə bağlı fikrini bölüşən N.Qafarzadə bu günə kimi kapriz etmədiyini bildirib:

“Hərdən özümə deyirəm, bəsdir kapriz elədin, özünə gəl. Bizimkilər ulduz olanda dəyişirlər. Mən heç vaxt kaprizli insan olmamışam. Əslində, mən prodüser və menecerlərin kaprizlərinə dözmüşəm, onların səhvinə göz yummuşam, bağışlamışam. Böyüklük edən mən olmuşam”.

Prodüser R.Bayramov isə müğənniləri savadsızlıqda ittiham edib:

“Bu gün Azərbaycan müğənnilərinin 100-ündən soruşsan ki, “rayder” nə deməkdir, 5-i ona cavab verə biləcək. Qalanları deyəcək ki, o nədir elə? Reallıq budur ki, bizimkilərin xaricə uçanda yeganə tələbi o olur ki, biznes-klasda uçum, 5 ulduzlu oteldə gecələyim. Başqa heç nə. Müğənnilərimiz kaprizlə tələbi səhv salırlar. İfaçılarımız baxırlar əcnəbi sənətçilərin tələblərinə, onu kapriz kimi başa düşürlər. Məşhur olmaq olar, bu gün çoxusu tanınır. Ancaq cəmi 10%-i sevilir”.

Əməkdar artist Z.Əmiraslanov isə prodüserlərin müdafiəsinə qalxıb:

“Mən toyda diski özüm aparıb verirəm. Bu, əslində, mənim işimdir, prodüserin yox. Kişi müğənniyə kapriz yaraşmaz”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR