Məşhur erməni müğənnini Türkiyədə sünnət etdilər (VİDEO)

Məşhur erməni müğənnini Türkiyədə sünnət etdilər (VİDEO)
15:36 12 Yanvar 2015
189 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan erməni əsilli məşhur sənətçi Rober Hatemo müsəlmanlar kimi sünnət olunub.

ANS PRESS-in məlumatına görə, pop-ifaçı "Posta" qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib. O, Türkiyədə hərbi xidmətdə olduğu zaman sünnət edildiyini açıqlayıb.

Onun sözlərinə görə, sünnət olunma təklifi komandirindən gəlib. Müğənninin razılığını alan komandir onun atasının icazəsini istəyib. Komandir atasına zəng edib, fikrini soruşduqda, o, müsbət cavab verib.

Rober Hatemo sünnət mərasimini belə xatırlayıb: "Mənə xüsusi paltar geyindirdilər və bu kimi hallarda edildiyi kimi, yəni adət-ənənəyə uyğun olaraq Adananın küçələrində gəzdirdilər".

Xatırladaq ki, Rober Hatemo 1974-cü ildə Türkiyənin Çanaqqala şəhəridə doğulub. Onun ilk musiqi albomu 1997-ci ildə çıxıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR