Millinin baş məşqçisi bıçaqlandı

Millinin baş məşqçisi bıçaqlandı
15:37 12 Yanvar 2015
174 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Əfqanıstan milli komandasının baş məşqçisi Məhəmməd Karqar bıçaqlanıb. Fanat.az xəbər verir ki, 53 yaşlı mütəxəssis dörd nəfərin hücumuna məruz qalıb. 


İnsident Karqarın Kabildəki evində baş verib. Hücumun motivi hələlik məlum deyil. Polis araşdırma aparır. Hazırda xəstəxanada olan baş məşqçinin vəziyyəti sabit qiymətləndirilir. 


Qeyd edək ki, Məhəmməd Karqar Əfqanıstan yığmasına 2008-ci ildən rəhbərlik edir. Onun başçılığı altında yığma 2013-cü il Cənubi Asiya çempionatının qalibi olub.//report.az


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millinin-ba-mqcisi-bcaqland-t18735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR