Bakının mərkəzində nadir əbabil quşu tapılıb

Bakıda nadir quşlardan biri tapılıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər sakini Orxan Quliyev məlumat verib.

O.Quliyevin sözlərinə görə, əbabil quşu adlanan canlı Bakının Nəsimi rayonu ərazisində tapılıb:

"Dünən axşam saatlarında paytaxtın Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 ünvanındakı yaşıllıqda gördük. Qəribə quş idi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik".

Şəhər sakini bildirib ki, hadisə yerinə gələn nazirlik əməkdaşları quşu təhvil alıblar:

"Nazirlikdən bildirdilər ki, həmin quşu Xızı rayonunda reabilitasiya mərkəzinə təhvil verəcəklər".

Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Qurani-Kərimdə də adına rast gəlinən bu quşlar gecə-gündüz havada qalar və uçarkən yatarlar. Bu canlılara yerdə çox nadir hallarda rast gəlmək olar.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR