Van Persi mükafatlandırma mərasiminə getməyəcək

Van Persi mükafatlandırma mərasiminə getməyəcək
15:37 12 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək ilin ən yaxşılarının mükafatlandırma mərasimində iştirak etməyəcək.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna hollandiyalı futbolçunun dünən Premyer Liqanın 21-ci turunda "Sauthempton"la görüşdə (0:1) zədələnməsi səbəb olub.
 
Topuğundan zədə alan futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. 31 yaşlı futbolçunun son durumuna bu gün aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, van Persi ilin ən yaxşı qolunun müəllifinə veriləcək "Ferens Puşkaş" mükafatına üç namizəddən biridir. Onun "DÇ-2014"ün qrup mərhələsində İspaniya millisinin qapısına başla vurduğu qol ilin ən yaxşısı seçilə bilər.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR